RU

Dünyanın bir nömrəli tennisçisi Yannik Sinnerin gəliri bəlli olub

Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner "US Open" turnirindəki çempionluqdan sonra 2024-cü ildə ən çox qazanan kişi tennisçisi olub. Sport24.az xəbər verir ki, 23 yaşlı idmançı hazırda ispan Karlos Alkaras və serb Novak Cokoviçlə birlikdə kişilər arasında tennisin ən yaxşılarından sayılır.
 
Sinner bu yaxınlarda "US Open" turnirinin finalında amerikalı Teylor Fritsi məğlub edərək "Böyük Dəbilqə"də ikinci çempionluğunu qazanıb.
 
Bu qələbə ilə italiyalı kişi tennisçiləri arasında ilin ən çox qazanan oyunçu olub. Onun bu igəliri təxminən 10,5 milyon dollar təşkil edib. Bu məbləğ əfsanələr Cokoviç və Rafael Nadalın 2024-cü ildə qazandıqları ümumi puldan iki dəfədən də çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
3
sport24.az

5Источники