RU

Rusiya qazı Çinə 30 faizlik endirimlə satılacaq

2019-cu ildə istifadəyə verilən “Sibirin Gücü” boru kəməri ilə Rusiya qazının Çinə tədarükü qarşıdakı illərdə ikirəqəmli endirimlərlə davam edəcək.

Azpost.info xəbər verir ki, bu, Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış sosial-iqtisadi inkişaf proqnozundan məlum olur.

Hökumətin növbəti 3 illik dövr üçün büdcəni tərtib etdiyi sənədə əsasən, gələn il Çin üçün qazın orta qiyməti min kubmetr üçün 261 dollar təşkil edəcək ki, bu da Avropadakı mövcud qiymətlərdən 35 faiz aşağıdır (London ICE birjasında min kubmetr üçün 402 dollar).

Hökumətin proqnozlarına görə, “Qazprom” qazı gələn il MDB-yə daxil olmayan digər ölkələrə min kubmetri 340 dollardan satılacaq. Beləliklə, Çin üçün endirim 23 faiz olacaq və sonra İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, hər il artaraq 30 faizə çatacaq.

Azpost.info

Избранный
93
azpost.info

1Источники