RU

Gürcüstan parlamentinin sədri: Rusiyaya qarşı sanksiyaların tətbiqi iqtisadi çöküşümüz deməkdir

Rusiyaya qarşı sanksiyaların tətbiqi Gürcüstanın iqtisadi çöküşü və Rusiya ilə hərbi qarşıdurma deməkdir.

AZXEBER.COM \"report\"a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın Aİ ilə yaxınlaşması Rusiya ilə münasibətlərin pisləşməsi ilə müşayiət olunmamalıdır.

Ş.Papuaşvili, həmçinin qeyd edib ki, ölkə hökuməti xüsusilə seçkiqabağı dövrdə respublikanın işlərinə xarici müdaxilə faktlarından xəbərdardır.

Nümunə kimi parlamentin sədri Gürcüstanın müxalif siyasi partiyalarının Danimarka hökuməti tərəfindən maliyyələşdirilməsi halını göstərib. Gürcüstan hakimiyyəti bunu seçkiqabağı müdaxilə kimi qiymətləndirib, bundan sonra maliyyələşmə dayandırılıb:

\"Nəticə çıxarmaq üçün öz kəşfiyyatımız var. Nəticə çıxardığımız yerlərdə danışırıq. Danimarka maliyyələşdirməsi haqqında danışdıq və onun dayandığını gördük. İndi biz video çarxların maliyyələşdirilməsi kampaniyası haqqında danışırıq. Onların müəllifləri öz maliyyə mənbələrini gizlədirlər”.
 
Избранный
36
1
azxeber.com

2Источники