Kevin De Brüyne "Mançester Siti" kapitanı olmaqdan məmnun deyil.

Offsideplus.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi kapitanlıqdansa, diqqətini oyuna cəmləməyi üstün tutur. Belçikalı ulduz meydançada əlavə məsuliyyət daşımaq istəmir. 

Qeyd edək ki, 33 yaşlı futbolçu 2015-ci ildən "şəhərlilər"in formasını geyinir. O, 386 oyuna 103 qol vurub, 171 assistə imza atıb.