ABŞ dövlət katibi Antoni Blinken BMT əməkdaşlarının Qəzzada öldürülməsindən sonra humanitar işçilərin müdafiəsinə çağırıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Blinken bu barədə Polşada jurnalistlərə açıqlamasında bildirib.
Dövlət katibi qeyd edib ki, ABŞ-nin dəstəklədiyi atəşkəs onların təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yoldur:
\"Biz humanitar ərazilərin mühafizəsini görməliyik və bunu İsraillə daim gündəmə gətiririk”.