RU

"Tramp Rusiyanın agentidir" - FTB-nin sabiq direktor müavini

"Partiya mənsubiyyətindən asılı olmayaraq Amerikanın digər prezidentlərində Putinə bu qədər heyranlıq olmayıb..."
 
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktor müavini Endrü Makkeyb güman edir ki, Donald Trampı Putinlə qarşılıqlı əlaqələrinə görə "faktiki olaraq Rusiyanın agenti" hesab etmək olar.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "One Decision" nəşrinə müsahibəsində deyib. Məlumatı "'telegraf.news" nəşri yayıb.
 
Trampın prezidentliyi dönəmində FTB direktorunun müavini vəzifəsində olan və 2018-ci ildə işdən qovulan Endrü Makkeyb sabiq prezidenti Rusiyanın agenti adlandırıb, çünki onun bəyanatları çoxsaylı suallar doğurur.
 
Makkeybin sözlərinə görə, o, Trampın sözün tam mənasında "şüurlu agent" olmasına əmin deyil, lakin Tramp özünün Rusiya ilə bağlı mövqeyində, o cümlədən Rusiya lideri ilə telefon danışıqları, şəxsi görüşləri və ictimaiyyət qarşısında onun haqqında şərhləri ilə şübhələr üçün əsaslar verib.
 
Makkeyb həmçinin Trampın Ukrayna və NATO-ya Rusiya təcacüzünə qarşı dəstəyində səmimi olmasına şübhə etdiyini ifadə edib.
 
O, vurğulayıb ki, Amerikanın partiya mənsubiyyətindən asılı olmayaraq digər prezidentlərində Putinə bu qədər heyranlıq olmayıb və bu, həyəcan doğurur.
 
Makkeybin fikrincə, mümkün iqtisadi və ya işgüzar maraqlarla Trampın Rusiyaya belə münasibətini izah etmək olar, hərçənd, bunun sübutları yoxdur. 
 
Makkeyb Rusiyanın Amerikanın işlərinə müdaxiləsinin mümkünlüyünü nəzərə alaraq Trampın yenidən prezident ola biləcəyindən narahatlığını ifadə edib.
 
O, qeyd edib ki, Rusiyanın səyləri ona yönəlib ki, ABŞ-ın artıq bir çox illər ərzində mövcud olan siyasi sistemində xaos yaransın və bu, Rusiyanın strategiyasının bir hissəsidir.
 
Yeri gəlmişkən, Makkeyb FTB-nin rəhbərliyində olub və hətta 2016-cı il seçkilərində Rusiyanın mümkün müdaxiləsinin və Trampın Kreml ilə əlaqələri ilə bağlı təhqiqat aparılan zaman müvəqqəti olaraq direktor vəzifələrini icra edib.
 
Tramp onu 2018-ci ilin martında, təqaüdə çıxmağına iki gün qalmış işdən qovub. Sonradan Makkeybə qarşı yalan və məxfi məlumatın yayılması ittihamı ilə cinayət işi açılıb, lakin 2020-ci ildə bu təhqiqat dayandırılıb.
Избранный
79
moderator.az

1Источники