RU

"Fənərbağça"nın sabiq futbolçusu karyerasını bitirib

Bir müddət "Fənərbağça"da da çıxış edən Dieqo Perotti futbolla vidalaşmaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2020-2021 mövsümündə Romadan "Fənərbaxça"ya transfer olan ulduz futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Perotti İnstaqram hesabındakı paylaşımında "Nə gözəl səyahət idi. Nə tez keçdi... Sənin üçün darıxacağam" deyərək futbolla vidalaşıb.

Peşəkar karyerasına Argentinanın "CD Moron" komandasında başlayan Dieqo Perotti daha sonra "Sevilya", "Boka Xuniors", "Cenoa" və "Roma"da çıxış edib.

2020-ci ildə argentinalı futbolçu Superliqa komandalarından olan "Fənərbaxça"ya transfer olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
operativmm.az

1Источники