Misli Premyer Liqası təmsilçisi “Kəpəz”də növbəti ayrılıq baş verib.
Apasport.az-ın əldə etdiyi məlumata görə, hələ mövsümün əvvəlində Adil Şükürovla klub rəhbərliyinin ortaq qərarı nəticəsində Vurğun Hüseynov komandada qalmışdı.
Lakin baş məşqçi Adil Şükürovun komandadan ayrılmasıyla birlikdə Vurğun da "Kəpəz"də qalmayıb.
Saytımıza daxil olan məlumata görə təcrübəli müdafiəçinin yeni iş yeri də artıq bəllidir. O, karyerasına məşqçi kimi davam edəcək.
Hüseynov bir neçə gündür ki, “Sumqayıt” U-15-in köməkçi məşqçi vəzifəsində çalışır.
Qeyd edək ki, Vurğun 2013-23-cü illərdə bu klubun futbolçu kimi şərəfini qoruyub.
Millimiz Türkiyə yığması ilə bacarmadı
"Zirə" - "Neftçi" oyununun hakimləri müəyyənləşib
"Kəpəz" futbolçusunu icarəyə göndərib
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
Bölgə klubunda məşqçi təyinatı