Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Finlandiya ilə qarşılaşıb.
Qarşılaşma şahmatçılarımızın üstünlüyü ilə keçib. Komandamız dünən olduğu kimi, 3,5:0,5 hesabı ilə qalib gəlib.
Qadınlardan ibarət yığma isə Avstraliya ilə üz-üzə gəlib. Təmsilçilərimiz 2 lövhədə qələbə qazanıb, 2 lövhədə heç-heçə qeydə alınıb.
İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar.
45-ci Şahmat Olimpiadası
II Tur, 12 sentyabr
Kişilər
Finlandiya – Azərbaycan - 0,5:3,5
Toyvo Keynanen– Aydın Süleymanlı - 0,5:0,5
Vilka Spila – Nicat Abasov - 0:1
Mikael Aqopov – Rauf Məmmədov - 0:1
Henri Ladelma – Məhəmməd Muradlı - 0:1
Qadınlar
Avstraliya – Azərbaycan - 1:3
Yuliya Rıjanova – Günay Məmmədzadə - 0:1
Jilin Janq – Gövhər Beydullayeva - 0,5:0,5
Tu Nquen – Xanım Balacayeva - 0:1
Jiayan Şen – Gülnar Məmmədova - 0,5:0,5
Qeyd edək ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib. Qadınlardan ibarət yığmamız isə Nikaraquaya heç bir şans verməyib - 4:0.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта