RU

Əbülfəz Elçibəyin ölümünü kim sifariş etmişdi?- FOTO

Ayrat Qimranovun kriminal dəstəsi 1990-cı illərin əvvəllərindən 1999-cu ilə qədər Sankt-Peterburqda fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup idi.
Fotoda Əfqanıstan müharibəsinin iştirakçısı Ayrat Kavyeviç Qimranovu görürsünüz. Əbülfəz Elçibəyin Azərbaycan Prezidenti olduğu dövrdə ona qarşı sui-qəsd düzəldib öldürmək əmrini alan Rusiyanın ən təhlükəli kriminal dəstəsinin rəhbəri olan Ayrat 1961-ci ildə Başqırdıstanda anadan olub. Ryazan Ali Hərbi Hava Qüvvələri Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1982-1984-cü illərdə Əfqanıstanda döyüş əməliyyatları zamanı komandir olub. “Qırmızı Ulduz “ordeninin sahibi və çoxnövçülükdə zabitlik üzrə idman ustası idi. 1985-ci ildə Leninqrad Ali Hərbi Bədən Tərbiyəsi Məktəbində yüksək ixtisaslı təlimçilər üçün hazırlıq qrupunda işləməyə başlayıb. 3 ildən sonra Qimranov nizam-intizamı pozduğuna görə xaric edilib.
1990-cı illərin əvvəllərində Gimranov dəstə yaradıb. Buraya Sergey Denisov, Valeri Şmorqun, Sergey Kolesin, Eduard Avzalutdinov, Stanislav Adamyan daxil idi. Onun çoxlu snayperləri və partlayışları dəqiq yerinə yetirən adamları var idi. Əvvəlcə onun dəstəsi əsasən oğurluqla məşğul olurdu. Lakin çox keçmədən Anatoli Sobçakın yaxın adamlarından biri olan Yuri Şutov onlarla əlaqə saxladı. Bundan sonra onlar güclü arxa əldə edib geniş mastşablı hərəkətlərə başladılar. Leninqrad mehmanxanasındakı yanğın, şimal paytaxtın vitse-qubernatorunun ləğvi - bunlar onların işlərindən yalnız ən diqqət çəkənləridir. O qədər güclü dəstə olmuş idilər ki, Rusiyanın ən yüksək vəzifəli məmurları onlarla hesablaşmağa məcbur idi.
1992-ci ildə Şutov və Qimranov Rusiya təhlükəsizlik orqan əməkdaşları tərəfindən həbs edilirlər. İttiham isə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Əliyevə (Elçibəy) qarşı bu dəstənin hazırladığı sui-qəsdlə bağlı məlumatların onlara daxil olması idi. Başqa ittihamlar fonunda dəstə başçıları Azərbaycan Prezidentinə sui-qəsd üçün sifarişi hardan almaları barədə etirafları Rusiya Təhlükəsizlik xidmətinin əldə etmək istədiyi məlumat idi.
Məhkəmə keçirilir və Əbülfəz Elçibəyin o dövrdə Rusiya ilə münasibətlərinin yaxşı olmaması səbəbilə ittiham edilənlər azad edilirlər. Şutov tamamilə bəraət qazandı, Gimranov və onun əlaltıları hədə-qorxu ilə insanlardan pul tələb etmə və zorakılıq hədələrinə görə yüngül cəzalar aldılar.
2016-cı ildə “Cinayətkar Rusiya” proqramında bu məsələ gündəmə gəlir və orda müzakirə edilir ki, niyə məhz Gimranovun yoldaşları fəaliyyətləri zamanı Azərbaycan prezidenti Əbülfəz Elçibəyə sui-qəsd etməklə bağlı sifariş alıblar. Lakin hələ də bu sirr olaraq qalır.
Qeyd edim ki, Elçibəyə qarşı dörd sui-qəsd cəhdi olub.
Zaur Əliyev, tarixçi alim
No photo description available.
All 

Избранный
80
8
news365.az

9Источники