RU

"Prezident dünyaya açıq mesaj verdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyev Çernobbio Forumunda çıxışı zamanı həm ölkəmizin, həm də bütövlükdə regionumuzun gələcəyi ilə bağlı çox mühüm məsələlərə toxundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, nəzərə almaq lazımdır ki, Çernobbio Forumu artıq 50 ildir ki, keçirilir: "İştirakçıların sayından və onların tərkib hissəsindən də göründüyü kimi kifayət qədər ciddi və nüfuzlu bir beynəlxalq forumdur. Belə bir kürsüdən Azərbaycan Prezidentinin ölkəmizin gələcək sülhlə bağlı mövqeyini ifadə etməsi, regionumuzun iqtisadi inkişafından və Avropaya inteqrasiyası ilə bağlı fikirlər səsləndirməsi dünyaya verilən yeni mesaj idi. Düşünürəm ki, Azərbaycan Prezidenti Azərbaycanın bütün dünyaya açıq, demokratik, hüquqi dövlət olması ilə bağlı mesaj verdi. Eyni zamanda Avropa İnstitutları və Avropa dövlətləri ilə bundan sonrakı mərhələdə də əməkdaşlığa, perspektivlərə də toxunaraq Azərbaycanın gələcək mühüm perspektivlərə hazır olduğunu bildirdi.

İkinci məsələ ondan ibarət idi ki, Azərbaycan Prezidenti Ermənistan və Azərbaycan arasında sülh məsələsinə də toxunaraq sülh çərçivə sazişinin təqribən 80%-nin razılaşdırıldığını qeyd etdi. Düşünürəm ki, bu da vacib məsələ idi. Eyni zamanda Qərb ölkələrinin Azərbaycana marağına səbəb olacaq yeni layihələrdən danışdı. Bütün bunlar həm Qərb siyasətçiləri, həm də Qərbin iqtisadi və strateji dairələri üçün maraqlı idi. Bu, əslində Azərbaycanın yenidən Avropaya və dünyaya təqdimatı hesab edilə bilər".

Müəllif: Söylü Ağazadə
Избранный
144
1
sia.az

2Источники