RU

Növbəti Donald Tramp – Kamala Harris dueli baş tutacaqmı?

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların ikinci raundundan çəkildiyini bildirib. O, yenidən debat etmək istədiyini söyləyib.

Birinci debatdan bir gün sonra Tramp NBC və ya Fox News-da debatların ikinci raunduna razılaşacağını söyləmişdi. Lakin dünən, sentyabrın 12-də o, tədbirin xanım Harrisin mövqeyini yaxşılaşdırmaq şansı olacağını əsas gətirərək bundan imtina edib. Respublikaçı özü əmindir ki, ilk debatda yaxşı nəticə göstərib. “Bir boksçu döyüşdə uduzanda onun ilk sözləri bu olur: “Mən cavab görüşü istəyirəm.” Sorğular açıq-aydın göstərir ki, mən çərşənbə axşamı gecəsi radikal solçu Demokratlar Partiyasının namizədi Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal yeni debata çağırır… Üçüncü debat olmayacaq”, – o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Kamala Harris isə deyib ki, seçicilərin növbəti prezident debatına ehtiyacı var. “İki gün əvvəl Donald Trampla ilk debatımız oldu. Biz seçicilərə daha bir debat keçirməyi borcluyuq”, – deyə xanım Harris sosial şəbəkədə yazıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
1
editor.az

2Источники