RU

Antiterror əməliyyatı ŞƏRH

Vətən müharibəsi haqq-ədalətin bərbasının təntənəsi oldu. Bu Böyük Zəfər lə öz torpaqlarımıza geri döndük. Bu savaş tariximizə böyük hərflərlə ZƏFƏR i yazdı.

Qarabağ atəşkəs bəyanatı 10 noyabr 2020-ci ildə imzalanmış İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti cənabİlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Qarabağ atəşkəs bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məsələləri əhatə edir.

10 noyabr bəyanatından sonra Ermənistanda ictimai-siyasi, intellektual böhran dərinləşərək uçuruma yuvarlandı. 10 noyabr Bəyanatı ilə Azərbaycanın böyük Zəfəri və Ermənistanın kapitulyasiyası təsdiqləndi.

Qarabağ atəşkəs bəyanatı imzalanmasına baxmayaraq, düşmənlərimiz yenə öz təxritabçı əməlləri ilə məşğul olurdu. Bu dəfə 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində ərazilərimiz terrorçulardan təmizləndi.

Səhər saatlarında başlanan əməliyyat 24 saat davam etdi, sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı.Beləliklə Ermənistan növbəti dəfə döyüş meydanında uduzdu.

Keçirilən anti-terror əməliyyatı xalqın milli birliyinin dir daha dünyaya sübüt etdi və Azərbaycan dövlətini zirvələrə ucaltdı. Bir daha sübüt olundu ki, milli düşüncə tərzinin formalaşmasına heç bir qüvvə maneə ola bilməz. Artıq işğal sözünü deməyəcəyik. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarımıza qovuşmaq “Qarabağ problemi”nin son həlli olacaq.

Zəfər günü dedikdə gözümün önünə igidlərimiz, şəhidlərimizin gəlir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Nə qədər Azərbaycan xalqı var Vətən uğrunda canından keçən şəhidlər ürəyimizdə yaşayacaq.

QALİB ORDUNUN ƏSGƏRİ VƏ QALİB XALQIN VƏTƏNDAŞI OLMAQDAN QÜRURLU HEÇ NƏ YOXDU!

QARABAĞ AZƏRBAYCANDIR!!!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının Elm və Təhsil Nazirliyin Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Избранный
93
sesqazeti.az

1Источники