Sudanda vəba epidemiyasında ölənlərin sayı 252-yə yüksəlib.
Bakupost.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə 8 ştatda yayılan epidemiyaya yoluxma hallarının ümumi sayının 7 min 296-ya yüksəldiyi bildirilib.
Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.
Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Elnur
BakuPost