RU

Azərbaycanda xam neft istehsalı azalıb, qaz istehsalı artıb

2023-cü ildə Azərbaycanda 30,1 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.  

2023-cü ildə istehsal edilmiş xam neftin həcmi əvvəlki illərlə müqayisədə aşağı düşüb.

Belə ki, 2022-ci ildə xam neft istehsalı 32,2 milyon ton, 2021-ci ildə isə 34,6 milyon ton olub.

Qaz istehsalına gəldikdə, rəsmi rəqəmlərə görə, bu sahədə artım qeydə alınıb. Belə ki, 2023-cü ildə 36,4  milyard kub metr təbii qaz (əmtəəlik) istehsalı qeydə alınıb.
2022-ci ildə bu göstərici 35 milyard kub metr, 2021-ci ildə 32,6 milyard kub metr olub.

 

Избранный
70
modern.az

1Источники