İordan çayının qərb sahilində keçirilən etiraz aksiyasında öldürülən Türkiyə vətəndaşı Ayşenur Ezginin nəşi Bakıdan İstanbula gətirilib.
1news.az-ınTürkiyə mediasına istinadən verdiyi məlumata görə, 26 yaşlı hüquq müdafiəçisi Ayşenur Ezginin nəşi Bakıda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tərəfindən qarşılanıb və daha sonra Türkiyəyə göndərilib.
Qeyd edək ki, Ayşenur Ezgi Eygi sentyabrın 6-da İordan çayının qərb sahilində baş tutan etiraz aksiyasında başından güllə yarası alaraq həyatını itirmişdi.