Aparıcı Murad Əzimzadə yenidən ali təhsil almaq qərarına gəlib.
Referans.az xəbər verir ki, bu barədə aparıcı özü instaqram səhifəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olduğunu açıqlayıb.
O bildirib ki, "Siyasi idarəetmə" fakültəsinə qəbul olub:
"Beynəlxalq münasibətlər ixtisası üzrə təhsilə davam. Yolumuz uzun, enerjimiz çox. Təhsilimizi və təcrübəmizi artırıb, dövlətə, xalqa faydalı olmaq lazımdır".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта