RU

Rusiya Britaniya ilə diplomatik əlaqələri kəsəcək?- Kremldən AÇIQLAMA

Hazırda Böyük Britaniya ilə diplomatik əlaqələrin kəsilməsindən söhbət getmir.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O bu barədə Böyük Britaniya səfirliyinin əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin hesabatını şərh edərkən danışıb.

“Böyük Britaniya ilə münasibətlərin kəsilməsi söhbət getmir”, – Peskov deyib.

Qeyd edək ki, Britaniyanın Rusiyadakı səfirliyinin 6 əməkdaşının akkreditasiyası kəşfiyyat fəaliyyətinin əlamətlərinə görə ləğv edilib.

Azpost.info

 

Избранный
122
16
azpost.info

10Источники