RU

Putin ABŞ və Avropanı müharibə ilə hədələdi- bu baş verərsə...

Image

Rusiya prezidenti Putin Ukraynanın Rusiyaya hücum etməsinə icazə verilməsinin NATO ölkələri, ABŞ və Avropa ölkələrinin müharibəyə birbaşa qoşulması anlamına gələcəyini deyib.

ABŞ və İngiltərədə gündəmə gətirilən uzaqmənzilli silahlarla Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsi məsələsi ilə bağlı sualı cavablandıran Putin deyib ki, bu məsələ ilə bağlı anlayışlar dəyişib.

Ukrayna ordusunun Qərb istehsalı olan müasir uzaq mənzilli sistemlərlə hücum etmək imkanının olmadığına diqqət çəkən Putin deyib ki, bu, ancaq Ukraynanın əlində olmayan peyklərdən əldə edilən kəşfiyyat məlumatlarının istifadəsi ilə mümkündür: “Bunlar da ya Avropa Birliyi (AB), ya da ümumiyyətlə NATO-ya aid peyk məlumatları ola bilər. Başqa bir mühüm və əsas element odur ki, sözügedən raket sistemləri yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən idarə oluna bilər. Ukrayna əsgərləri bunu edə bilməz".

Putin bildirib ki, burada söhbət Kiyev administrasiyasının Rusiya ərazisinə hücumuna icazə vermək və ya verməməkdən getmir: "Bu, NATO ölkələrinin münaqişədə birbaşa iştirak edib-etməyəcəyinə qərar verməklə bağlıdır. Bu qərarın qəbulu NATO ölkələrinin, ABŞ və Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakı anlamına gələcək. Bu da, münaqişənin mahiyyətini və xarakterini əhəmiyyətli dərəcədə dəyişəcək.  Bu, NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq. Əgər bu baş verərsə, bizə qarşı təhdidlərə uyğun olaraq lazımi qərarları verəcəyik”.

Amerikalı iş adamı Elon Mask da bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərinə hücum etməyə icazə verərsə, bu, yeni dünya müharibəsinə doğru atılmış bir addım olacaq.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
49
baki-xeber.com

10Источники