RU

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi heç-heçə edib

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında heç-heçə edib.

Ölkə.az "Report"-a istinadən xəbər verir ki, III Argentina ilə qarşılaşan təmsilçilərimiz xalları yarı bölüblər - 2:2.

Günay Məmmədzadə – Kandela Fransisko - 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos - 0:1
Xanım Balacayeva – Anapola Borda - 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura - 1:0

Qeyd edək ki, qadınlardan ibarət yığmamız buna qədər Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Kişilərdən ibarət komandamız isə İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
5
olke.az

10Источники