RU

“Tottenhem”-“Qarabağ” matçı: Biletlərin qiyməti 80 manatdır 

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Tottenhem” (İngiltərə) - “Qarabağ” matçını stadionda izləmək və Ağdam təmsilçisinə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır. 

Yenisabah.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşləri əldə etdikləri vauçerləri oyun günü stadionun “Block 503” sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. Biletlərin qiyməti 80 AZN-dir. 

Vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun.  vakansiyalar

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq. 

Qeyd edək ki, “Tottenhem” - “Qarabağ” oyunu sentyabrın 26-ı ilə Bakı vaxtı saat 23:00-da start götürəcək. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
15
yenisabah.az

10Источники