RU

İran Qərblə danışmağa hazırdır

İranın xarici işlər naziri Abbas Araqçi Tehranın “Qərblə fikir ayrılıqlarını həll etmək üçün konstruktiv danışıqlara” hazır olduğunu açıqlayıb və vurğulayıb ki, “danışıqlar təzyiq və təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır”.

İRİB-ə müsahibə verən Əraqçi Tehranın Rusiyaya silah tədarükünə görə Qərbin yeni sanksiyalarını pisləyib.

“Sanksiyaların mənasızlığını” bəyan edən XİN rəhbəri deyib ki, “Qərb sanksiyalar vasitəsilə İrana öz iradəsini tətbiq edə bilməz”.

“İran həmişə dialoqu müdafiə edib və qarşılıqlı anlaşmaya nail olmaq və fikir ayrılıqlarını həll etmək üçün konstruktiv danışıqlardan heç vaxt imtina etməyib” deyən Əraqçi, “İran təhdid və təzyiqdən daha çox qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazırdır” deyib.

 

Nigar

 

Избранный
113
25
oxu24.com

10Источники