RU

ATMU-da Bilik Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

Sentyabrın 16-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2024/2025-ci il tədris ilinin başlanması və 15 sentyabr –

"Unikal" xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra  ATMU-nun rektoru İlham Mədətov çıxış edərək “Bilik günü” münasibətilə tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Rektor universitetin fəaliyyəti dövründə ölkənin ali təhsil müəssisələri arasında bir sıra nailiyyətlərə imza atdığını qeyd edib. İ.Mədətov ATMU-nun turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olduğunu, universitetdə turizm ixtisası üzrə beynəlxalq ikili diplom proqramının mövcudluğunu, tədrisin ixtisaslı və praktik biliklərə sahib mütəxəssislər tərəfindən aparıldığını, tələbələrə xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanının yaradılmasını bir daha gənclərin diqqətinə çatdırıb.

“Bilik günü”nə həsr olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə də yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. ATMU tələbələrilə görüşündən məmnunluğunu ifadə edən K.Quluzadə diqqətə çatdırıb ki, ali məktəb tələbəsi olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. O, bildirib ki, ölkəmizin dinamik inkişafında, həyat səviyyəsinin daha da yaxşılaşdırılmasında, o cümlədən dünyagörüşünün formalaşmasında turizmin təsiri böyükdür. 

Ölkədə turizm sektorunun inkişafından danışan DTA-nın sədr müşaviri bildirib ki, son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili məhz qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafı deməkdir. O, tələbələrə Dövlət Turizm Agentliyinin (DTA) strukturunda fəaliyyət göstərən ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanmağı tövsiyə edib və çıxışının sonunda  ATMU-nun tələbəsi adını qazanan  gənclərə təhsil uğurları arzulayıb.

Daha sonra universitetin Turizm və qonaqpərvərlik fakültəsinin “Tərcümə” ixtisasına ən yüksək balla qəbul olan Fatimə Əliyeva sevincini tələbələrlə bölüşüb və tələbə yoldaşlarına uğurlar arzulayıb. 

Sonda 2024/25-ci tədris ilində ATMU-ya yüksək balla qəbul olan ixtisas birincilərinə təltifnamələr təqdim olunub.
 

Избранный
186
50
unikal.az

10Источники