RU

124 nömrəli məktəbdə nə baş verir? - Müəllimlər direktoru ittiham edir, müavini isə...

124 nömrəli məktəbdə nə baş verir? - Müəllimlər direktoru ittiham edir, müavini isə...




Xəzər rayonunda yerləşən Füzuli Gözəlov adına 124 nömrəli məktəbin direktoru Adil Əliyevin faəliyyətindən narazılıq var. Qaynarinfo-ya məktəbin bir qrup müəlliminin adından şikayət daxil olub. Müəllimlər işlərini itirməməsi üçün adlarının açıqlanmasını istəmirlər. Onların sözlərinə görə, direktor Adil Əliyev dərs saatlarını düzgün bölmür. Bölgü daha çox müəyyən şərtlər müqabilində olur, lakin, bununla belə direktor vəd etdiyi saatları da vermir. Müəllimlər narazıılıq edəndə isə qərəzli şəkildə həmin saatları vakansiyaya çıxarır. "Araşdırma aparılsa, üzə çıxacaq ki, həmin fənlərə müəllim ehtiyacı olmadığı halda 13 vakansiya verilib. Müəllimlər haqqında olmayan sözlər danışaraq münaqişə yaradır, şəxsi-qərəzilik edir. Şəxsi münasibətlərini iş prosesinə yansıdaraq müəllimləri incidir", deyə şikayətçilər iddia edir. Onlar bildirir ki, Elm və Təhsil Nazirliyi məktəbə komissiya göndərib şikayətləri araşdıra bilər. Eyni zamanda qeyd olunur ki, Adil Əliyev 65 yaşı tamam olub. O, təqaüdə göndərilməli olsa da, parlament seçkilərində komissiya sədri olduğu üçün müqaviləsinin vaxtı 4 sentyabr 2024-cü ilə qədər uzadılıb. "Direktor vəzifəsi ona müvəqqəti olaraq həvalə edilib", deyə müəllimlər vurğulayıb. Qaynarinfo məsələ ilə bağlı 124 nömrəli məktəblə əlaqə saxlayıb. Direktor müavini Gülnar Qədirova iddiaların əsassız olduğunu bildirib. "Əgər düz danışırlarsa, niyə adlarının çəkilməsini istəmirlər? Şikayət edirlər, amma anonim şəkildə. ATV kanalı da gəlmişdi, müsahibə verdim və ittihamların əsassız olduğunu bildirdim. Deyilənlər hamısı yalandır. Adil müəllim yaşlı adamdır, qısa müddətdən sonra vəzifədən gedəcək. Heç kimi incitmir, dərsləri də düzgün bölür", deyə Gülnar Qədirova bildirib. 




Xəbərin oxunma sayı :
157

Избранный
24
6
azfakt.com

7Источники