Titan Legion şirkəti yeni büdcəli gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Titan Legion P2710H adlanır. Beləliklə bu yeni gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 87%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Titan Legion P2710H 20 sentyabr tarixində Çində satışa çıxacaq və onun qiyməti 140$ təşkil edəcək. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта