RU

Millimiz təlim-məşq toplanışı keçirəcək

Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Yığmamız hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək. Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Milliyə dəvət edilən oyunçuların siyahısı:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

İdman.biz

Избранный
48
9
idman.biz

10Источники