Azərbaycanın gənc ağırlıqqaldıranları sentyabrın 19-27-si aralığında İspaniyanın Leon şəhərində keçiriləcək dünya birinciliyində iştirak edəcəklər.
Bu barədə Vətəninfo.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq) və Nurlan Məmmədzadə (89 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, turnirə 60-a yaxın ölkədən 367 (168 qadın, 199 kişi) idmançı qatılacaq.