RU

Ukraynada ölən və yaralananların sayı bir milyona çatıb - "THE WALL STREET JOURNAL"

"The Wall Street Journal" Ukrayna müharibəsinin dəhşətləri ilə bağlı diqqət çəkən məqalə dərc edib.

Qeyd edilib ki, 3 ilə yaxındır davam edən müharibədə ölən və ya yaralananların sayı təxminən 1 milyona çatıb: "Bu itkilər hər iki tərəfə aiddir. Eyni zamanda, mülki əhali ilə bağlı ölüm sayı hələ də qeyri-məlum olaraq qalır.

Amma "Human Rights Watch" təşkilatının məlumatına görə, təkcə Mariupolun Rusiya tərəfindən işğalı zamanı 8000-dən çox insan həlak olub. İlin əvvəlinə olan məfxi hesablamalara görə, Ukraynanın 80 min hərbçisi ölüb, 400 min nəfər isə yaralanıb".

Nəşr müharibədə əsas məqsədin təkcə torpaq deyil, insan amili də olduğunu yazıb: "Vladimir Putin 2022-ci ildə işğala başlayarkən onun əsas motivlərindən biri zəbt edəcəyi ərazilərdə yaşayan ukraynalıların hesabına Rusiya əhalisini artırmaq idi. Hökumətin və demoqrafların hesablamalarına görə, Rusiyanın son 10 ildə qonşu ölkənin ərazilərini işğal etməsi nəticəsində Ukrayna ya qaçqın kimi, ya da ümumən ən azı 10 milyon insan itirib. Putin uzun müddətdir ki, Rusiyadakı xroniki demoqrafik tənəzzülün həllini prioritet məsələ elan edib. Hələ də Kreml zəbt etdiyi ərazilərdə uşaqları kütləvi şəkildə oğurlamaq və ukraynalılara Rusiya pasportlarının verilməsi də daxil olmaqla, Ukrayna ərazilərini ruslaşdırmaq kampaniyası aparır. Onlara Rusiya pasportu belə verilir".

Müəllif xatırladıb ki, müasir Ukrayna vaxtilə Rusiya İmperiyasının bir hissəsi olub. Putin isə dəfələrlə bu ölkəni Moskvanın nəzarətinə qaytarmağa çalışdığını bildirib: "O, bu xalqın kimliklərini və ümumilikdə Ukrayna dövlətçiliyini inkar edir, yerli əhalinin rus millətinin bir hissəsi olduğunu söyləyir".

Azvision.az xatırladır ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Избранный
19
1
korrespondent.az

2Источники