Aparıcı Aytən Səfərova “Azərişıq” ASC ilə bağlı şikayət edib.Missiya.Az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib."Suraxanı rayonu, "Zığ" yaşayış kompleksinin bir neçə binasının sakinlərinə (100-dən çox ailəyə) "Azərişıq" cəmi 3 günə 100 manatdan aşağı olmayan sərfiyyat yazıb, yapışdırıb qapılara... İndi sakinlər kimin yaxasından yapışıb öz haqlarını tələb etsin? Həftələrlə evdə olmayanlar o pulu nəyə görə ödəməlidir? Biri açıqlama versin",- deyə Aytən Səfərova qeyd edib.Leyla SƏMƏNDƏRMissiya.Az