RU

Məmmədhəsən Qəmbərli vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. Bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

 

Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasını dəyişib.

 

Xatırladaq ki, Qəmbərli Məmmədhəsən Qəni oğlu 1935-ci ildə Ərdəbildə anadan olub. Alim AMEA-nın Nizami adına Ədəbiyyatı İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

 

M.Qəmbərli 1963-cü ildən etibarən AMEA-da - əvvəlcə Şərqşünaslıq İnstitutunda, daha sonra Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 10-dan çox kitabın, 100-dən çox məqalənin müəllifidir.

 

Tarix: 17 Sentyabr 2024, 15:28   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
15
pravda.az

10Источники