RU

“Türkiyə-İran arasında sərhəd olmasa, bu tərəflə o tərəf eynidir”

İran prezidenti Məsud Pezeşkian "Türkiyə bizim dostumuz və qardaşımızdır. Qonşuluq münasibətlərindən də kənarda qohumluq əlaqələrimiz var" deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Vəzifəyə gəldikdən sonra paytaxt Tehranda keçirdiyi ilk mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pezekşian Türkiyə-İran əlaqələri ilə bağlı bunları söyləyib: "Türkiyə bizim dostumuz və qardaşımızdır. Qonşuluqdan daha çox qohumluq əlaqələrimiz var. Aramızda sərhəd olmasa, bu tərəflə o tərəf eynidir. İnanclarımız, mədəniyyətimiz bir-birinə bağlıdır. Türkiyə ilə münasibətlərimizi mütləq gücləndirməliyik. Əvvəlki hökumətin “qonşularla yaxşı münasibətlərə üstünlük vermə siyasəti”ni mütləq davam etdirəcəyik.

Türkiyə ilə İran arasında 30 milyard dollarlıq xarici ticarət həcminə çatmaq üçün ortaq investisiyalara ehtiyac var. Bu fikrimiz həm də Pakistan, Əfqanıstan və digər region ölkələri üçün də eynidir”.

Qeyd edək ki, Azərbaycanı türkü olan, 2024-cü ilin iyul ayında ölkə prezidenti seçilən Məsud Pezekşiyan Türkiyə mütləq səfər edəcəyini də deyib.

Избранный
26
3
sia.az

4Источники