Livanda Hizbullah hərəkatına məxsus rabitə cihazları partladılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, Livanda Hizbullah üzvlərinin daxili şifrəli mesajları ötürmək üçün istifadə etdikləri rabitə cihazlarında (peycerlərdə) eyni vaxtda bir neçə partlayış baş verib. Qurğular uzaqdan partladılıb və nəticədə 200-dən çox yaraqlı xəsarət alıb.
Hizbullah sözçüsü Reuters-ə bildirib ki, bu, "təşkilatın indiyə qədər üzləşdiyi ən böyük təhlükəsizlik pozuntusu"dur.
Bizim.Media