RU

Ağ Evdən açıqlama: Peycerlərin partladılmasında biz iştirak etməmişik

Birləşmiş Ştatlar Livanda rabitə qurğularının partladılması insidentlərində iştirak etməyib və onların baş verəcəyi barədə əvvəlcədən məlumatı olmayıb.

Musavat.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib: "Mən sizə deyə bilərəm ki, ABŞ bu işdə iştirak etmir. Birləşmiş Ştatlar bu hadisələrin baş verəcəyini əvvəlcədən bilmirdi".

Ağ Ev rəsmisi bildirib ki, Vaşinqton baş verənlərlə bağlı “məlumat toplayır”. Onun sözlərinə görə, hadisənin Qəzza zolağında atəşkəs danışıqlarına təsir edə biləcəyini söyləmək hələ tezdir.

Xatırladaq ki, bu gün Livanda Hizbullah qruplaşmasının üzvlərinə məxsus rabitə vasitələri – peycerlərdə kütləvi partlayışlar baş verib, 10-a yaxın şəxs ölüb, 2800-dən çoxu yaralanıb. Hizbullah bu hadisədə İsrail və ABŞ-ı günahlandırıb.

 

Musavat.com

Избранный
71
4
musavat.com

5Источники