RU

ÇL: "Bavariya"dan darmadağın, “Milan” “Liverpul”a uduzdu, “Yuventus”la “Real” isə ...

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ümumi mərhələsinin 1-ci turunun oyunları keçirilir.

90deqiqe.Az xəbər verir ki, “Bavariya” doğma meydanda “Dinamo Zaqreb”i qəbul edib. “Arena Münhen” stadionunda keçirilən görüşdə Münhenlilər Zaqreblilərin qapısında 9 qol keçirərək rəqibini darmadağın edib. 

"Milan" doğma meydanda "Liverpul"u qəbul edib və məğlubiyyətlə üzləşib.

Çempionlar Liqasının son qalibi "Real Madrid" evdə Almaniya "Ştuttqart"ını qəbul edib və çətin qələbə qazanıb.

"Sportinq" klubu isə doğma azarkeşləri önündə "Lill"lə qarşılaşıb və inamlı qələbəyə sevinib.

Çempionlar Liqası, 1-ci tur

“Bavariya” - “Dinamo” Zaqreb - 9:2 

Qollar: Keyn, 19 - penaltidən - 1:0; Gerreyro, 33 - 2:0; Olise, 38 - 3:0; Petkoviç, 49 - 3:1; Oqivara, 50 - 3:2; Keyn, 57 - 4:2; Olise, 61 - 5:2; Keyn, 73 - 6:2; Keyn, 78 - 7:2; Sağlam, 85 - 8:2.

"Milan" - "Liverpul" -  1:3

Qollar: K.Pulişiç, 3, İ.Konate, 23, V. van Dayk, 41, D.Szoboszlai, 67

"Real Madrid" - "Ştuttqart"- 3:1

Qollar: K.Mbappe, 46, D.Undav, 68, A.Rüdiger, 83, Endrik, 90+6

"Sportinq" - "Lill" - 2:0

Qollar: V.Qyokeres, 38, Z.Debast, 65

Qırmızı vərəqə: A.Qomeş

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
90deqiqe.az

1Источники