RU

Azərbaycan milliləri Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə

style='margin-bottom:10px;'>

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

QOL.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri 7-ci tur görüşlərinə çıxacaqlar. Komandalarımız  Qazaxıstanla üz-üzə gələcəklər.

Azərbaycanın qadınlardan ibarət millisi daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnama (2,5:1,5) qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib - 2:2. 6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın isə aktivində hərəyə 11 xal var. 

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

Kişilərdən ibarət komanda Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Millimiz 8 xalla 22-cidir. Burada da Hindistan 12 xalla liderdir. Çin və Vyetnamın hərəyə 11 xalı var.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Избранный
23
4
teleqraf.com

3Источники