RU

Üzeyir bəy Hacıbəyli və riyaziyyat

Üzeyir Bəy Hacıbəylinin doğum günündə, "Milli musiqi" günündə onun misli bərabəri olmayan bəstəkarlığını deyil, nəhəng istedadını göstərən başqa bir tərəfini - millətinin gələcəyi üçün nəşr etdirdiyi "Hesab məsələləri" dərsliyini xatırlatmaq istəyirəm.

3 hissədən ibarət olan "Hesab məsələləri" kitabının hər hissəsi çox sayda misallarla doludur. 1908-ci ildə nəşr olunmuş kitab Üzeyir Bəyin necə mükəmməl bir təhsilə malik olduğunu göstərir, onun Vətən və millət sevgisini bariz şəkildə ortaya qoyur. Dərslik türk balalarının digər xalqlardan geri qalmaması, dəqiq fənlərə yiyələnməsi üçün dahi Azərbaycan ziyalısının bənzərsiz üslubu ilə tərtib edilmişdir.

Bəziləri Üzeyir Bəy Hacıbəylini musiqiçisi kimi tanısalar da, o, zəmanəmizin ən böyük düşüncə adamı, alim və pedaqoqu, görkəmli ədib və yazarı idi. Miqyası o qədər geniş, baxışı o qədər uzaqgörən idi ki, millətimiz onu Dünya durduqca anacaq və Baş Tacımız kimi qəbul edəcəkdir…

İbrahim Nəbioğlu

visiontv.az



Избранный
11
1
visiontv.az

2Источники