RU

Tələbələrə möhtəşəm imkan: Könüllülük proqramına qoşulun! -ASF

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta xidmətləri təqdim edən Aqrar Sığorta Fondu tələbələr və məzunlar üçün Könüllülük Proqramına start verib.

Fins.az xəbər verir ki, oktyabr-dekabr aylarını əhatə edən və 3 ay davam edəcək Könüllülük Proqramı iki hissədən – təlim və praktikadan ibarət olacaq.

Könüllülük Proqramına Aqrar Sığorta Mexanizmində iştiraka maraqlı, korporativ mühitdə kommunikasiya qabiliyyətini inkişaf etdirmək istəyən gənclər müraciət edə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə deyil, Şəmkir, Goranboy, Quba, Şəki, Cəlilabad, Göyçay rayonlarında yaşayan şəxslərin müraciətləri də qiymətləndiriləcək. Könüllülük Proqramına qoşulan şəxslərə proqramda iştirakı barədə Aqrar Sığorta Fondu tərəfindən sertifikat veriləcək

Aqrar Sığorta Fondunun indiyədək elan etdiyi Könüllülük Proqramlarında ölkənin ayrı-ayrı bölgələrindən olan və müxtəlif ixtisaslara sahib yüzlərlə tələbə və məzun iştirak edib. Onlar zəruri təcrübə və biliklərə yiyələnib, onların proqramlarda iştirakı müvafiq sertifikatlarla təsdiqlənib. Müraciət etmək istəyənlər qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

//lnkd.in/eN3UY_NS

Xatırladaq ki, Aqrar Sığorta Fondu ölkəmizdə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını çoxsaylı risklərdən sığortalayır, onlara dəymiş zərərləri qarşılayır, bununla da fermerlərə böyük dəstək olur.


Zemfira Ms
Fins.az

Избранный
38
6
fins.az

7Источники