RU

Oxucularının öpüb alınlarına qoyduqları çörəyi şair üstünə tüpürüb yeyir

Sənət nəzəriyyələrinin heç birində çörək məsələsinə toxunulmur. Məsələn, yazılmır ki, romantizmdə babat çörək var. Yaxud sürrealizm çörəksiz sənətdir.

Hətta "sənət xalq üçündür" deyən kommunistlər belə çörəyi öz sənətçilərinə gizli yolla verirdilər ki, xalq görməsin.

Nəzəriyyə üçün sənət adamı çörək yeməyən adamdır. Heç bir nəzəriyyədə sənət və çörək sözlərini yanaşı görə bilməzsiniz.

Çörək olan yerdə sənət yoxdur, sənət olan yerdə çörək.

Sənət adamının əli çörəyə çatıbsa, bu, o deməkdir ki, o, sənətə aid olan azadlığın ərazilərindən satıb. Biz sənət adamının nə qədər azad olduğunu bilmədiyimiz kimi, bu ərazilərdən nə qədər satdığını da bilmirik.

Çörək əsl sənət adamı üçün ürəkbulandıran milçəkdir. Diqqətini yaradıcılıqdan yayındıran iyrənc bir qəmbərquludur.

Oxucularının öpüb alınlarına qoyduqları çörəyi şair üstünə tüpürüb yeyir!

Aqşin Yenisey

visiontv.az



Избранный
13
2
visiontv.az

3Источники