İsrailin “telefon terroru“... - Niyə indi bunu etdi?
Xəbər verdiyimiz kimi, Livanın paytaxtı Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları partladılıb. Son məlumatlara görə, azı 2800 nəfər yaralanıb, 8 nəfər isə həlak olub. Yaralılar arasında İran səfiri Moctaba Amani də var. Onun həyatı təhlükədə deyil. Partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub.Əlbəttə İsrailin ötən gün Livanda həyata keçirdiyi kiber sui-qəsddir, terror aktıdır.Hələ 2007-ci ildə çəkilmiş "Die Hard 4" filmində belə bir səhnə var: terrorçular məhv etmək istədikləri şəxsin kompüterinə virus göndərir və həmin virus qısa müddətdə prosessoru qızdıraraq, partladır. O zaman bu fantastik görünürdü.Amma iki il sonra İsrail İranın nüvə stansiyasında kompüterlərə "Staxnet" virusu göndərərək partlayışa və stansiyaların fəaliyyətində axsamaya səbəb oldu.Yəni İsrailin əlində daha əvvəldən bu imkan olub. Bəzi ekspertlərin fikrincə, rabitə cihazlarına virus göndərilib və kənardan işə salınmaqla virus cihazın partlamasına səbəb olub.Ancaq onu da qeyd edək ki, ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden bildirib ki, Livanın müxtəlif bölgələrində peycerlərin kütləvi şəkildə partlaması haker hücumu ilə deyil, quraşdırılmış partlayıcı qurğuların işləməsi ilə bağlıdır.O, X sosial şəbəkəsində yazıb ki, belə fikirə gəlməsinə zərərçəkənlərin aldıqları oxşar ağır xəsarətlər səbəb olub.“Əgər bunlar həddindən artıq qızmış batareyalardan yaranan partlayışlar olsaydı, biz daha kiçik yanğınlar və uğursuzluqlar görərdik”, - Snouden əlavə edib.O, partlayışın arxasında İsrailin ola biləcəyini etiraf edib və mahiyyətcə bunu terrorizm adlandırıb: “Terrorizmdən fərqlənmir".Bəs niyə indi? Görünən budur ki, İsrail bu imkanını ehtiyat variant kimi saxlamışdı. Güman ki, Livana qarşı müharibə zamanı istifadə edəcəkdi.Bizə görə iki səbəbdən "telefon terroru" baş verib.Birinci səbəb İsrailin elektron kəşfiyyat mərkəzinin vurulmasıdır.Daha ciddi səbəb isə Husilərin iki gün əvvəl İsrailin hipersonik və ya ona bərabər raketlə İsrail ərazisini vurması oldu.Hüsilərin 2 min kilometr məsafədə ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanının hava hücumlarından müdafiə sistemlərini, İsrailin "dəmir qübbə" kimi yüksək texnologiyalı raketdən müdafiə sistemini yarıb keçməsi ciddi imic problemi yaratdı. Yəni İsrailin toxunulmaz obrazı dağılmaq təhlükəsi qarşısında idi. Buna görə də Təl-Əviv yüksək texnologiyalı sui- qəsd həyata keçirməklə hələ də çox güclü olduğunu göstərməyə ehtiyac duydu. Halbuki dediyim kimi, bu silah ehtiyat variant kimi saxlanmışdı, Livanla müharibə zamanı istifadə ediləcəkdi. Ancaq husilər İsraili fakt qarşısında qoyaraq bu əməliyyata sövq etdilər.Nəticə etibarilə bu hadisə müharibənin daha amansız fazaya keçdiyini göstərir.Xatırladaq ki, sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin irimiqyaslı partlaması baş verib. KİV-in məlumatına görə, kiberhücum İsrail kəşfiyyatının agenti Mahşir Keşer tərəfindən həyata keçirilib.(musavat.com)
Xəbərin oxunma sayı :
55
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта