RU

Azərbaycan çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərinə başlayıb - Umayra Tağıyeva

Bakı. Trend:

Azərbaycan çirklənmiş ərazilərin ekoloji vəziyyətininyaxşılaşdırılması işlərini aktivləşdirib.

Trend xəbərverir ki, bu barədə Azərbaycan ekologiya və təbii sərvətlərnazirinin müavini Umayra Tağıyeva Bakıda 12-ci Xəzər EnerjiForumunda bildirib.

Onun sözlərinə görə, dövlət ekoloji problemlərin həllinə böyükəhəmiyyət verir və bu istiqamətdə praktiki işlər görür.

"Bu gün Azərbaycan dünya tərəfindən əsas prioritet hesab edilən"yaşıl" keçidin əsas iştirakçılarından biridir", – U.Tağıyevavurğulayıb.

Nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəkarbon neytrallığına nail olmağı hədəfləyirik.

Eyni zamanda, bu il Azərbaycanın üzərinə qarşıdakı BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasını keçirmək məsuliyyəti qoyulub.

"COP29 qlobal iqlim dəyişmələri problemlərinin həlli ilə bağlıən yüksək platformadır. Biz bu prestijli tədbirə hazırlıq görürük.COP29 çərçivəsində qlobal iqlim gündəliyində iqlimmaliyyələşdirilməsi ilə bağlı razılığa gəlmək vacibdir, bu məsələillərdir həll olunmayıb. Dünyada kifayət qədər maliyyə resurslarıvar. Lakin mühüm məsələlərdən biri bu maliyyə axınlarının qlobaliqlim problemlərinin həllinə yönəldilməsidir. Bu maliyyələşdirməninən kəskin problemlərin həllinə yönəlməsi çox vacibdir", –U.Tağıyeva əlavə edib.

Избранный
20
3
az.trend.az

4Источники