RU

“Qarabağ”la matç Qriqorçuk üçün sonuncu olacaq?

Həftəsonu Premyer Liqada 7-ci turun oyunları keçiriləcək. Hesabat həftəsi Azərbaycan derbisinə səhnə olacaq. «Qarabağ»la «Neftçi» sentyabrın 20-də Suraxanıda üz-üzə gələcək.
Bu qarşılaşmanın Roman Qriqorçuk üçün sonuncu olma ehtimalı böyükdür. Redaksiyamsıza bununla bağlı son dəqiqə məlumatı daxil olub. Əldə etdiyimiz informasiyaya görə, «ağ-qaralar» bu dəfə də məğlubiyyətlə üzləşərsə, baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi gözlənilir. Öyrəndiyimizə görə, yönətim mövsümün başlanğıcından kəskin narazıdır və mövcud vəziyyətlə bağlı ukraynalı mütəxəssisə xəbərdarlıq edib. Bildirilib ki, komandanın oyunu və nəticələri olduqca bərbaddır, irəliləyiş yönündə heç bir addım nəzərə çarpmır.
Yayın əvvəlində 2 illik müqaviləyə imza atmış Qriqorçukun özü də artıq ayrılığın planlarını cızır.
O, «Zirə» ilə keçirilən matçdan (0:2) sonra bu barədə bəzi klub funksionerləri ilə söhbət edib.
Növbəti məğlubiyyətin şokundan sarsılan sabiq «Qəbələ»li Müşahidə Şurası istəyərsə, günü bu gün istefa verə biləcəyini söyləyib.
Qriqorçuk müqaviləsinə xitam verilərsə, qarşılığında 1 dollar da kompensasiya istəməyəcəyini deyib.
«Neftçi» çempionatın ilk 6 turunda 4 xal toplayıb. Passivində 4 heç-heçə və 2 məğlubiyyət olan «ağ-qaralar» cəmi 2 qol vurub, turnir cədvəlinin 9-cu pilləsində yer alıb.
SPORTİNFO.AZ

Избранный
11
1
sportinfo.az

3Источники