Dubay (BƏƏ) bir ildən sonra uçan taksiləri dövriyyəyə buraxmağı planlaşdırır.
“2026-cı ilin birinci rübündə hava taksi xidmətini işə salmaq planımız var. Hazırda Amerika şirkəti olan “Joby Aviation” tərəfdaşlarımızla avtomobilin özünün sınaqdan keçirilməsi və sertifikatlaşdırılması üzərində işləyirik”, — nəqliyyat departamentinin müdiri bildirib. Uçan taksilər üçün şaquli hava limanları – vertiportlar tikiləcək və ümumilikdə dörd belə liman olacaq. Onlardan ikisi 2026-cı ildə fəaliyyətə başlayacaq.
Hava taksi xidmətlərinin helikopterlərdən daha əlçatan olacağı gözlənilir.
//Samir Qurbanov, Editor.az