RU

Azərbaycan Cənubi Qafqazda aktor rolunu oynayır - İran mediası Bakının artan nüfuzundan yazdı

İkinci Qarabağ müharibəsinin başa çatması ilə Azərbaycan Cənubi Qafqazda mövqeyini gücləndirdi. Bölgədə geosiyasi vəziyyət əhəmiyyətli dəyişikliklərə məruz qalıb və Azərbaycan özünü mərkəzi aktor kimi göstərib.

Missiya.Az xəbər verir ki, bu barədə İranın “Eghtesad News” saytı yazı dərc edib.

Qeyd olunub ki, hazırda dünyanın böyük gücləri bölgədə olmaq üçün öz strategiyalarını Azərbaycanın maraqları ilə uyğunlaşdırmalıdırlar. Belə bir çərçivədə nə ABŞ, nə Qərb, nə Rusiya, nə də İran Azərbaycanın maraqlarına zidd olan proqramları ciddi maneələrlə üzləşmədən uğurlu şəkildə həyata keçirə bilməz. 

“Hazırda ABŞ və Qərbin Zəngəzur dəhlizi ilə bağlı mövqelərində nəzərəçarpacaq dəyişiklik var. Onlar Avropa və Asiyanı birləşdirən əsas nəqliyyat marşrutunun yaradılmasının zəruriliyini qəbul edirlər, çünki bu, qlobal iqtisadiyyatın tələblərinə uyğundur. Ancaq onlar marşrutun İrandan keçməsinə qarşı çıxır və Zəngəzur dəhlizinin yaradılması üçün Ermənistana təzyiq göstəriblər”, - deyə yazıda vurğulanıb. 

Bildirilir ki, Azərbaycan ABŞ və Qərbin Ermənistana Zəngəzur dəhlizinin açılması məqsədilə təzyiq göstərdikləri üçün tələblərini həyata keçirməyə bir addım daha yaxınlaşıb. 

“Digər tərəfdən, Zəngəzur dəhlizi Ermənistana əhəmiyyətli tranzit gəlirlərini təmin etməyə imkan verəcək. İrəvan indi yeni gəlir mənbələri yaratmaq üçün Zəngəzur dəhlizini zəruri hesab edir. Bu vəziyyət Azərbaycanın bölgədə artan təsirini göstərir», - deyə yazıda əlavə olunub.

Daşqın HəsənovMissiya.Az

Избранный
42
missiya.az

1Источники