RU

Millimizə 8 top vuran Belarusun baş məşqçisi: "2-ci hissədə qol vura bilmədiklərinə görə məyus idilər"

"Rəqib bizdən zəif idi. Biz nəzarəti ələ keçirdik, hər şey yaxşı oldu. 8 qol vurduq. Fiziki cəhətdən, ötürmələr baxımından biz daha güclü idik. 2-ci hissə heyətimizdə dəyişikliklər olsa da, eyni cür çıxış etdilər. Sadəcə, şanslardan yararlana bilmədilər. Turnir xoşuma gəldi. Rəqib də yaxşı idi. Oyundan öncə də onlarla tanış olmuşduq. Hər şey xoşuma gəldi".

Prosport.Az saytının xəbərinə görə, bunu Belarusun 15 yaşadək qız komandasının (U-15) futbolçusu Anastasiya Tuz deyib.

UEFA İnkişaf turnirində Belarus millimizi 8:1 hesabı ilə darmadağın edib. Anastasiya Tuz həmin görüşdə dubl edib.

Belarusun baş məşqçisi Tatyana Kiose də bu matçla bağlı fikirlərini bildirib: "İlk hissədə qızlardan razı qaldım. İstədiklərimizi həyata keçirdilər. Gördüyünüz kimi, qızlar fərdi cəhətdən rəqibdən güclü idi. 2-ci hissədə heyəti dəyişdik. Lakin qızlar bir-birini başa düşmədi. Qol vura bilmədiklərinə görə məyus idilər. Bunun üzərində işləyəcəyik. Bilirəm ki, qızlar bizim tapşırıqlarımızı eşidəcək. Rusiya da Özbəkistanı 9:0 məğlu etdi. Növbəti 2 matçda bu turnirdə liderin kim olduğu bilinəcək".

Избранный
51
prosport.az

1Источники