RU

"Youtube"da sürətlə yayılan bu videolar insanları niyə rahatladır? - ARAŞDIRMA + VİDEO

"YouTube" və "Twitch" platformalarında ən populyar tendensiyalardan biri ASMR videolarıdır. ASMR videoları pıçıltı və ya çıtırtılı səslərdən ibarət olur. Bu videolar sürətli şəkildə sosial şəbəkələrdə yayılır.

Gundem.az xəbər verir ki, asanlıqla trend olan bu cür videoları izləyən şəxslər rahatladıqlarını bildirirlər.

Böyük Britaniyada aparılan tədqiqat da bu videoların rahatlatmaq xüsusiyyətinə malik olduğunu üzə çıxarıb. Sözügedən tədqiqat zamanı könüllü şəxslərin beyinləri ölçülüb və 45 dəqiqə ərzində zəif beyin dalğaları müşahidə edilib. Bu dalğalar şəxsin sərbəst vəziyyətdə olduğuna bir işarədir. ASMR videoları insanlara bir saat boyunca rahatlatma hissi bəxş edir. Ancaq bu videolar bütün şəxslərə eyni cür təsir etmir.

Eyni təcrübyə qatılan insanların əksəriyyətində yüksək dalğalı frekanslar meydana gəlib. Bu situasiya isə stresslə əlaqəlidir. Çünki beyinlərində yüksək frekanslı dalğalar yaranan şəxslər şüşənin qırılma anında stress yaşadıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
1
gundem.az

2Источники