RU

ABŞ FED-i son 4 ildə ilk dəfə faiz endiriminə getdi: gözlənilməz!

Bu gün ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bu yana ilk dəfə uçot faiz dərəcəsini endirib.

Banker.az xəbər verir ki, FED gözlənildiyi kimi uçot faiz dərəcəsini 5.50%-dən 5.25%-ə endirib.

Bu da iqtisadçıların proqnozuna uyğundur.

Bu addım inflyasiyanın FED-in 2%-lik hədəfinə yaxınlaşması və əmək bazarının soyuması səbəbindən gözlənilirdi. Müzakirə 25 və ya 50 baza bəndlik faiz endirimi arasında gedirdi.

FED-in uçot faiz dərəcəsi 2023-cü ilin martına qədər 0.25% idi və sonradan 525 baza bəndi faiz artımına gedib.

Qərar ABŞ-da iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
50
banker.az

10Источники