RU

Maskın Sorosla siyasi rəqabəti artır

Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti texnologiya milyarderi İlon Mask və iş adamı Corc Soros arasındakı siyasi rəqabəti açıqlayıb.

“WSJ” yazır ki, Mask Macarıstan əsilli amerikalı milyarder Sorosun dəstəyi ilə vəzifəyə başlayan prokuror Xose Qarzanın Demokrat Partiyasının praymerizlərində uduzmasının qarşısını almaq üçün prosesə mane olub.

Xəbərdə “Tesla” CEO-su Mask tərəfindən maliyyələşdirilən “Saving Austin” adlı qrupun Soros tərəfindən dəstəklənən Qarzaya qarşı qarayaxma kampaniyası apardığı iddia edilir.

Qrupa dezinformasiya ehtiva edən reklamların dərci və mesaj göndərilməsi üçün təxminən 650 min dollar verildiyi iddia edilir.

ABŞ-da radio, televiziya və peyk rabitəsinə nəzarət edən Federal Rabitə Komissiyasının sənədlərinə və kimliklərinin paylaşılmasını istəməyən mənbələrə əsaslanan xəbərdə Respublikaçı lider Donald Trampa verdiyi dəstək ilə də gündəmdə olan “Twitter” CEO-su Maskın siyasətlə gözləniləndən daha geniş əlaqədə olduğu deyilir.

Bildirilir ki, dezinformasiya kampaniyasında dərc olunan flayerlərdən bəzilərində “Xose Qarza Ostin küçələri pedofil və qatillərlə doldurur” və “Növbəti qurban sevdiyiniz biri ola bilər” kimi ifadələrə yer verib.

Qarza demokrat rəqibi Ceremi Silestayna qarşı 67 faiz səslə praymerizdə qalib gəlib. “WSJ”nin məlumatına görə, Qarzanın noyabrın 5-də keçiriləcək seçkilərdə uğur qazanacağı gözlənilir.

Qarza və Silestayn, “WSJ” ilə əlaqə saxlayana qədər Maskın fəaliyyətindən xəbərdar olmadıqlarını iddia ediblər. “Bütün ölkə bu hadisəni nəzərə almalıdır”, – deyə Qarza “WSJ”yə elektron poçtla yazıb.

Maska yaxın mənbə iddia edir ki, Maskla söhbətində texnologiya milyarderi “Sorosun təsirini azaltmaq istədiyini” deyib.

Keçən il Co Roqanın podkastına qatılan Mask Soros haqqında “Məncə o, bütün insanlığa nifrət edir” demişdi.

Qarzanın rəqibi Silestayne üçün 1 milyon dollara yaxın maliyyə vəsaitinin ayrıldığı bildirilir. Bunlar Mask ilə yaxın münasibətdə olan “Palantir Technologies”in həmtəsisçisi Co Lonsdeyl də daxil olmaqla Respublikaçıların töhfələri ilə həyata keçirilib.

Qeydlər göstərir ki, Maskın qeyri-rəsmi siyasət müşaviri vəzifəsində çalışmış və Trampı dəstəkləyən kampaniyalarda iştirak edən Lonsdeyl fevral ayında Silestaynın kampaniyasına 25 min dollar verib.

Digər tərəfdən, Maskın Silestayn kampaniyasına birbaşa ianə etdiyinə dair heç bir qeyd olmadığı bildirilir. Bununla belə, milyarderin kimliyini gizli saxlayaraq, maliyyə dəstəyi vermək üçün Respublikaçı siyasi məsləhət firması “Axiom Strategies” ilə əlaqə saxladığı iddia edilir.

Həmçinin iddia edilir ki, Mask “Tesla”nın Ostindəki baş qərargahında işçilərə Qarza əvəzinə “cinayətləri həqiqətən təqib edəcək birinə” səs vermələrini istəyib.

Xəbərdə Sorosun 2020-ci il seçkilərində Qarzaya dəstək üçün təxminən 450 min dollar bağışladığı bildirilərkən, iş adamının bu il heç bir namizədi maliyyələşdirmədiyi paylaşılır.

“WSJ” xəbər verir ki, Mask və Soros iddialarla bağlı şərh tələbini rədd ediblər.

Избранный
37
1
vaxt.az

2Источники