RU

Livanda partlayışlar nəticəsində bu qədər adam öldü - Rəsmi açıqlama

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, azı 450 nəfər yaralanıb.

Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.


Müəllif: Teleqraf.com
Избранный
50
5
teleqraf.com

10Источники