RU

Salah "Liverpul"la yeni müqavilə imzalamayacaq

"Liverpul"un hücumçusu Məhəmməd Salahın gələn ilin yayında komandadan ayrılacağı gözlənilir.

90deqiqe.Az xəbər verir ki, “Liverpul”un Salahla müqavilənin uzadılması danışıqlarına başlamasına baxmayaraq, Səudiyyə Ərəbistanının nümayəndələri futbolçunu israrlı şəkildə onlara qoşulmağa razı salmağa çalışırlar.

2023-cü ildə "Əl-İttihad" misirli futbolçu üçün 180 milyon avro təklif etmişdi.

Səudiyyə Ərəbistanında da misirlini dünyanın ən yüksək maaşlı futbolçularından birinə çevirməyə hazırdılar. Bu mövsüm Salah üç qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Misirli forvard 2017/2018 mövsümündən "Liverpul"da çıxış edir.

Избранный
49
90deqiqe.az

1Источники