RU

Dollar ucuzlaşa bilər

ABŞ-ın mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FES) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi - illik 4.75-5.25% səviyyəsinə endirib.

Turkustan.az Oxu.az-a isinadən xəbər verir ki, bu, 2020-ci ilin martından bəri ilk azalmadır.

ABŞ-də bir ildən artıq müddət ərzində bu göstərici son 20 ilin maksimum həddinə çatdırılıb və 5.25-5.5% səviyyəsində olub. FES 2023-cü ilin iyul ayından etibarən faizləri bu səviyyədə saxlayıb.

FES-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir. Onun azalması valyutanı ucuzlaşdıra bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
15
turkustan.az

10Источники